12 may 2013 23:15
Xəzər Lənkəran oyun öncəsi son məşqinə çıxdı (FOTOLAR)
Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində sabah “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, saat 17:00-da, matçın keçiriləcəyi “Bayıl Arena”da başlayan hazırlıq 1 saat yarım sürüb və futbolçular məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetiriblər.
Komandada zədəli futbolçuların çoxluğu səbəbindən əvəzedici heyətin bir neçə üzvü də əsas komanda ilə birgə məşqlərə qoşulub. Bir daha xatırladaq ki, “Sumqayıt” – “Xəzər Lənkəran” oyunu sabah saat 17:30-da “Bayıl Arena”da keçiriləcək.
