12 may 2013 23:23
Xəzər Lənkəran üçün son səfər
Topaz Premyer Liqasının 31-ci turunda “Xəzər Lənkəran” “Sumqayıt”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu matç “ağ-yaşıllar”ın cari mövsümdə son səfər oyunudu.
Çempionatın son oyununu evdə, kubokun final matçını isə neytral meydanda keçirəcək Con Toşakın yetirmələri son səfər sınağına da Bakıda çıxacaq. Buna səbəb “Gənclik şəhəri” təmsilçisinin ev oyunlarını paytaxtda keçirməsidir.
Premyer Liqada 2-ci mövsümünü başa vurmaqda olan “Sumqayıt”la 5 dəfə qarşılaşan komanda bu rəqiblə 6-cı qarşılaşmada üz-üzə gələcək. Əvvəlki 5 matçda məğlubiyyət nə olduğunu bilməyən “Xəzər Lənkəran” 2 qələbə qazanıb və 3 heç-heçə edib. Bu görüşlərdə “ağ-yaşıllar” 8 qol vurub və iki dəfə az – 4 qol buraxıb.
Ötən mövsüm hər 2 oyunda qalib gələn “Xəzər Lənkəran” cari çempionatda “Sumqayıt”a qalib gələ bilməyib. Səfərə ilk üçün yollanan XL hər 3 oyunda rəqibi ilə “sülh”ə imza atıb.
2011/12 06.08.2011 çempionat e 2:1
2011/12 03.03.2012 çempionat s 3:0
2012/13 31.10.2012 çempionat s 1:1
2012/13 03.03.2013 çempionat e 2:2
2012/13 21.04.2013 çempionat e 0:0
