13 may 2013 00:11
Rüfət Dadaşovlu Kaiserslautern məğlub oldu
Almaniyanın “Kaiserslautern” klubunun ikinci komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Regional Liqada çıxış edən komanda “Frayburq II”-ni qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Kaiserslautern”in baş məşqçisi millimizin üzvü Rüfət Dadaşovu 66-cı dəqiqədə meydana buraxıb. 21 yaşadək futbolçulardan ibarət yığma komandamıza çağırılan Timur Temeltaş isə matçın iştirakçısı olmayıb.
