13 may 2013 00:45

Qəbələ erkən çempionluğa imkan verəcək?

Bu gün və sabah Topaz Premyer Liqasında 31-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 2 gün davam edəcək turun ilk günündə 2, ertəsi gün 4 qarşılaşma baş tutacaq.
 
Görüşlərin eyni vaxtda başlayacağı tur mükafatların sahiblərinin adına aydınlıq gətirə bilər. Amma öncə ikinci altılıq komandaları münasibətlərinə aydınlıq gətirməlidi. “Turan” qərb derbisində “Kəpəz”lə qarşılaşacaq. Bu, 43-cü qərb derbisi olacaq. Son 3 qarşılaşmada qalib gələn “Turan” ümumi balansda da üstünlüyə malikdi. Tovuz təmsilçisi səfər oyunlarında 2:1 və 1:0, ev oyununda isə 5:1 hesabıyla üstün olmuşdu. Tovuzlular son 7 görüşdə meydanı qolsuz tərk etməyiblər.
 
Elitada qalmağa çalışan “Sumqayıt” isə “Xəzər Lənkəran”ı qəbul edəcək. 6-cı duelə üstünlüklə çıxacaq “Xəzər Lənkəran” cari mövsümdə rəqibini məğlub edə bilməyib. Lakin “Sumqayıt” hələ də bu rəqiblə görüşlərdə qələbə həsrətindədi. Cari mövsüm baş tutan görüşlərdə 1:1, 2:2 və 0:0 hesablı heç-heçələr qeydə alınıb. Bu dəfə necə olacağı maraqla gözlənilir.
 
İkinci altılığın daha bir görüşü isə növbəti oyun günündə keçiriləcək. “Rəvan” paytaxt derbisində AZAL-la qarşılaşacaq. Paytaxt derbisində üstünlük “Rəvan”ın tərəfindədi. Onlar AZAL-a qarşı keçirilən 7 oyunun hamısında ən azı 1 dəfə rəqib qapısına yol tapıblar. Cari mövsümdə keçirilən görüşlərdə isə AZAL öz meydanında   3:1 və 3:2 hesablı qələbələrə sevindiyi halda, “Rəvan” 1:0 hesabıyla üstün olub.
 
İlk altılıq çərçivəsində keçiriləcək görüşlərə gəlincə, çempionluq şansı qalan “Qarabağ” “Bakı”nı qəbul edəcək. Eyni sayda qələbə qazanan rəqiblərin əvvəlki 41 oyununda “Qarabağ” yalnız top fərqində üstünlük əldə edib. Rəqiblərin son 6 oyununda meydan sahibi olan tərəf qalib gəlməyib. Təsnifat mərhələsində bu komandalar qələbə qazana bilməmişdilər - 1:1 və 0:0. Final mərhələsindəki oyunda isə “Qarabağ” səfərdə minimal hesablı qələbəyə sevinmişdi.
 
“Simurq” “İnter”i qəbul edəcək. “İnter” 15 dəfə qarşılaşdığı “Simurq”la görüşlərdə aşkar üstünlüyə malikdir. Rəqiblərin son 7 oyununda qol vuran komanda qalib gəlir. Təsnifat mərhələsində hər iki klub ev oyunlarını 1:0 hesablı qələbəylə tamamlamışdı. “Bankirlər” Bakıdakı qarşılaşmada isə 5:0 hesablı darmadağına imza atmışdılar. Gümüş medalları qazanmaq yolunda paytaxt klubuna ancaq qələbə sərf edir. Amma Zaqatala təmsilçisi də dördüncü pillədəki yerini qorumaq üçün xal itirməməlidi.
 
Ən nəhayət, lider “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olacaq. 20-ci dueldə üz-üzə gələcək komandaların oyunlarında “Neftçi” üstünlüyə malikdi. “Qəbələ” isə son 3 ev görüşündə qalib gəlib. Rəqiblərin son 3 matçında da qonaqlar xala həsrətdi. “Neftçi” Bakıdakı oyunlarda 3:0 və 2:1 hesabıyla üstün olubsa, “Qəbələ” də 2:1 hesablı qələbəyə sevinib. Paytaxt klubu bu matçda hətta heç-heçə də etsə, çempionluğunu rəsmiləşdirəcək. Amma məğlub olacaqları halda, çempionluq mübarizəsi yenidən qızışa bilər. Təbii ki, “Qarabağ” da turu qalib başa vursa.
 
Topaz Premyer Liqası
31-ci tur
13 may (bazar ertəsi)
 
17:30. Turan – Kəpəz
Bakı. “Dalğa Arena”.
 
17:30. Sumqayıt – Xəzər Lənkəran
Bakı. “Bayıl Arena”.
 
14 may (çərşənbə axşamı)
 
17:30. Rəvan – AZAL
Bakı. “Bayil Arena”.
 
17:30. Qarabağ – Bakı
Bakı. T. Bəhramov adına Respublika stadionu.
 
17:30. Simurq – İnter
Zaqatala. Şəhər stadionu.
 
17:30. Qəbələ – Neftçi
Qəbələ. Şəhər stadionu.
 
1 Neftçi 30 19 4 7 58 30 +28 61
2 Qarabağ 30 15 10 5 40 25 +15 55
3 İnter 30 15 9 6 37 21 +16 54
4 Simurq 30 11 11 8 31 26 +5 44
5 Bakı 30 8 14 8 31 24 +7 38
6 Qəbələ 30 10 7 13 31 38 –7 37
 
1 AZAL 30 14 9 7 48 29 +19 51
2 XL 30 10 10 10 39 34 +5 40
3 Rəvan 30 11 4 15 41 48 –7 37
4 Sumqayıt 30 8 8 14 29 47 –18 32
5 Turan 30 7 6 17 29 53 –24 27
6 Kəpəz 30 4 4 22 18 57 –39 16
 
Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
19 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter), Julius Vobay (Neftçi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.