12 may 2013 14:05
Yığmamız İrana uduzub, qrup ikincisi oldu
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrupdakı son matçını İrana qarşı keçirib.
Millimizə qrup liderliyini qorumaq üçün bu görüşdə heç-heçə də bəs edirdi. Lakin futbolçularımız bu vəzifənin öhdəsindən gələ bilməyiblər və İrana 2 cavabsız qolla uduzublar. Nəticədə, İran 7 xalla qrup lideri olub. Komandamız isə 6 xalla qrupunu ikinci yerdə tamamlayıb.
Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub etmişdi. Braziliyanın "Botafoqo" klubu ilə qarşılaşma isə 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdı.
