12 may 2013 14:34

Dodo: Neftçinin Qəbələdə sevinməsinə imkan verməyəcəyik

“Qəbələ”nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi
 
- Komandanız uzun fasilədən sonra nəhayət ki, “Bakı” ilə görüşdə qələbə sevinci yaşadı. Görüşlə bağlı nə deyə bilərsiz?
- Qələbə qazanmağımız təbii ki, müsbət haldı. Amma buna səkkizinci cəhdimizdə nail olduq. Düzdü, əvvəlki matçlarda da yaxşı oyun sərgiləyirdik. Lakin hər dəfə nəsə çatışmırdı. İndi isə hər şeyin qaydasına düşdüyünü düşünürəm.

- “Bakı” ilə oyunu izləyənlər arasında “Qəbələ”nin yeni baş məşqçisi olacağı gözlənilən Yuri Syomin də vardı. Bunun hansısa təsiri oldu?
- Ümid edirəm ki, yeni baş məşqçimiz növbəti mövsümdə “Qəbələ”yə kömək edə biləcək. Biz də onun rəhbərliyi altında bu növsümdəkindən daha yaxşı çıxış etməliyik. İnşallah, onunla hər şey daha yaxşı alınar.
 
- Syomin haqda əvvəllər nəsə eşitmişdiniz?
- Düzünü deyim ki, əvvəllər onun haqda heç nə eşitməmişdim.

- “Bakı” ilə oyundan sonra azca axsadığınız diqqət çəkirdi. Zədə almışdınız?
- Xeyr. Bu, mənim köhnə zədəmdi. O, hələ Zaqreb “Dinamo”sunda oynadığım dövrdən var. Amma belə hər şey yaxşıdı.

- Deməli, “Neftçi” ilə qarşıdakı oyunda meydana çıxacaqsız?
- Şəxsən mən özüm bu görüşdə oynamağı çox istəyirəm. Oyunçu formamı saxlamaq üçün meydana çıxmağım vacibdi. Həm də özümü yaxşı tərəfdən göstərmək istəyirəm.
 
- Paytaxt klubu “Simurq”la oyunda rəsmiləşdirə bilmədiyi çempionluğunu Qəbələdə gerçəkləşdirməyi hədəfləyib. Onları dayandıra biləcəksiz?
- Komandam kimi, mən də bu komanda ilə oyunda ancaq qələbə qazanmaq arzusundayam. Uğurlu nəticə qazanmağa və rəqibin sevinməsinə imkan verməməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.