12 may 2013 16:03
Nikolas Kanales: Neftçini həlledici həftə gözləyir
Topaz Premyer Liqasının 30-cu turunun “Simurq”la oyununu buraxmalı olan “Neftçi”nin hücumçusu Nikolas Kanales növbəti turda meydana çıxa biləcək. Azerisport.az xəbər verir ki, çilili forvard “Qəbələ” ilə qarşıdakı səfər görüşünə hazırlaşır.
O, “tvitter” səhifəsində də növbəti oyunlarla bağlı kiçik açıqlama da yayıb: “Qarşıda bizim üçün çempionluq mübarizəsində həlledici həftədi. Arxayınlaşmamalıyıq”.
Qeyd edək ki, “Qəbələ” ilə oyunda hətta heç-heçə də Kanalesin komandasını çempion edə bilər.
