13 may 2013 19:14
Qarabağda daha iki müqavilə
“Qarabağ” müqaviləsi başa çatan futbolçularla sazişləri yeniləməkdə davam edir. Azerisport.az xəbər verir ki, daha öncə Vüqar Nadirov və Maksim Medvedevlə 2 illik yeni müqavilə imzalanmışdı.
Artıq daha 2 futbolçu ilə müqavilələr yenilənib. Fərhad Vəliyev və Namiq Yusifov da daha 2 il “Qarabağ”ın formasını geyinəcək.
Qeyd edək ki, Fərhad Vəliyev 2007-ci ilin yayından “Qarabağ”ın uğurları üçün tər tökür. 33 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2015-ə qədər “Qarabağ”da qalacaq.
27 yaşlı Namiq Yusifov isə 2008-ci ildən “Qarabağ”da forma geyinir.
