13 may 2013 19:46
Toşak: Skarlatake meydandan qovulandan sonra daha yaxşı oynamağa başladıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 31-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Məğlub olduğumuz üçün məyusam. Uşaq səhvi buraxdıq, qapımızda qol gördük. Skarlatake meydandan qovulandan sonra daha yaxşı oynamağa başladıq. Heyətimizdə mərkəz hücumçunun olmaması qol vurmağımıza mane oldu”.
