13 may 2013 19:53
Bernard Raab: Futbolçularımı Xəzər Lənkərana qalib gələ biləcəyimizə inandırmışdım
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 31-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Son 6 aydakı problemlərə baxmayaraq, vacib xallar qazandıq, Premyer Liqada qalmağı bacardıq. Komandanı təbrik edirəm. Qələbəyə layiq idik. Ötən turdakı oyundan sonra futbolçularımı “Xəzər Lənkəran”a qalib gələ biləcəyimizə inandırmışdım”.
