13 may 2013 20:18
“Mövsümdə göstərdiyimiz ən yaxşı oyun idi”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 31-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 5:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çoxlu qol epizodları yaratdıq. Hamısından istifadə edə bilməsək də, yarısını qola çevirdik. Bu mövsüm “Turan”a hər üç oyunda məğlub olmuşduq. Son oyunda qalib gəldiyimiz üçün şadam. Mövsümdə göstərdiyimiz ən yaxşı oyun idi. Hər iki qapıçımızın bu gün ad günüdür. Qələbəni onlara həsr edirik”.
