13 may 2013 20:25
Əfqan Talıbov: Müdafiədə kobud səhvlər buraxdıq
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 31-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 3:5 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz”lə bundan əvvəlki üç oyunda qələbə qazanmışdıq. Bu gün də qələbə əzmi ilə meydana çıxmışdıq. Lakin müdafiədə kobud səhvlər buraxdıq, qapımızda qollar gördük. Hesab bərabərləşdikdən sonra daha iki qol buraxdıq, bu, oyunumuzu pozdu”.
