13 may 2013 11:07
Yığmamız bu gün üçüncü yer uğrunda oyuna çıxacaq
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız üçüncü yer uğrunda qarşılaşmada Litva komandası ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsində Gürcüstan yığmasına 2:1, Braziliyanın "Botafoqo" klubuna isə 2:0 hesabı ilə qalib gələn futbolçularımız İran komandasına 0:2 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutub.
