13 may 2013 11:33

“Neftçi Qəbələdə çempion olacaq”

Azərbaycanlı futbol mütəxəssisi Asim Xudiyev Topaz Premyer Liqasının 31-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
 
Turan – Kəpəz
Hər ikisi region klubu olsa da, ev oyunlarını xeyli müddətdi Bakıda keçirirlər. Son turda fərqli nəticələr qazanıblar. “Kəpəz” qələbə qazandığı halda, “Turan” uduzmuşdu. Bu dəfə isə onların heç-heçə edəcəyini düşünürəm.
 
Sumqayıt – Xəzər Lənkəran
“Sumqayıt” son oyunlarında heç də pis təsir bağışlamır. Baxmayaraq ki, fərqli nəticələr göstərir. “Xəzər Lənkəran” da yeni baş məşqçisinin rəhbərliyi altında yaxşı oyun sərgiləməyə çalışır. Lakin onların hazırda kubokun finalını daha çox düşündüyü şübhəsizdi. Fikrimcə, bu oyunda da heç-heçə qeydə alınacaq.
 
Rəvan – AZAL
“Rəvan” son oyunlarını məğlubiyyətlə başa vurub. AZAL isə artıq xeyli müddətdi qələbələri sıralamaqla məşğuldu. “Təyyarəçilər”in bu oyunda da qələbə şansını qaçırması inandırıcı görünmür. AZAL qalib gələcək.
 
Qarabağ – Bakı
“Bakı”nın dördüncü yeri tutmaq şansı hələ də qalır. “Qarabağ” isə 3 xal qazanmaqla çempionluq şansının qalmasına çalışacaq. Ona görə də “Qarabağ”ın qalib gələcəyi qənaətindəyəm.

Simurq – İnter
Bu komandaların oyunlarında statistik üstünlük “İnter”in tərəfindədi. Son oyunda da bu komandanın 5:0 hesablı qələbəsi qeydə alınmışdı. Turnir cədvəlindəki vəziyyət “İnter”i qələbə qazanmağa sövq edir. Elə bu komandanın da qalib gələcəyini düşünürəm.

Qəbələ - Neftçi
“Neftçi”nin çempion olması üçün heç-heçə də yetərli olacaq. Amma bu görüşün necə başa çatacağını proqnozlaşdırmaq çox çətindi. “Qəbələ” son turda “Bakı”nı məğlub etməklə altılıqda ilk qələbəsini qazandı. Bu oyunda isə heç-heçə görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.