13 may 2013 11:42

Topaz Premyer Liqasında 30-cu turun ən yaxşıları müəyyənləşdi

Topaz Premyer Liqasında 30-cu turun rəmzi komandası məlumdu. Azerisport.az xəbər verir ki, “Instat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən 29-cu turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:
 
Qapıçı – Toni Doblas (Xəzər Lənkəran)
Müdafiəçilər – Tərlan Quliyev (Neftçi); Manuel Skarlatake (Xəzər Lənkəran); Denis Silva Kruz (Neftçi); Kamran Abdullazadə (Xəzər Lənkəran)
Yarımmüdafiəçilər – Lourival Assis (Qəbələ); Namiq Yusifov (Qarabağ); Julius Vobay (Neftçi); Bujamin Asani (Kəpəz)
Hücumçular – Vladislav Serebryakov (Kəpəz); Junior Nildo (AZAL)
 
Turun ən yaxşı oyunçusu “Xəzər Lənkəran”ın qapıçısı Toni Doblasdır.
 
Topa ən çox sahib olan, ən çox hücum təşkil edən, qapıya ən çox zərbə endirən və dəqiq ötürmə verən komanda “Neftçi”dir. Bu parametrlər üzrə ən zəif göstərici isə “Simurq”dadır.
 
“Rəvan” komandası ən çox qayda pozuntusuna yol verən komandadır.
 
“Neftçi”nin futbolçuları Flavio Aleks Valensio və Araz Abdullayev rəqib qapısına hamıdan çox – hərəyə 7 zərbə endiriblər. Ən çox dəqiq ötürmə verən isə “Neftçi”nin kapitanı Rəşad Sadiqovdur.
 
Hava mübarizələrində “Sumqayıt” klubunu futbolçusu Murat Doymuş hamıdan uğurlu olub.
 
“Neftçi”nin yarımmüdafiəçis Araz Abdullayev həm də ötən turun ən çox driblinq edən futbolçusudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.