14 may 2013 00:02
İnter Zaqatalada məşqə çıxdı
Topaz Premyer Liqasının 31-ci turunda “Simurq”un qonağı olacaq "İnter" artıq Zaqataladadı. Azerisport.az xəbər verir ki, bu şəhərə gələndən dərhal sonra “bankirlər” Zaqatala Olimpiya Kompleksinin stadionunda məşqə çıxıb.
Zaqataladakı çalışmalara isinmə hərəkətləri ilə start verən futbolçular daha sonra topla məşq ediblər. Topla müxtəlif hərəkətlərdən sonra məşq başa çatıb.
Qeyd edək ki, Premyer Liqanın 31-ci turu çərçivəsində baş tutacaq "Simurq" - "İnter" matçı bu gün keçiriləcək və saat 17:30-da başlayacaq.
