13 may 2013 12:57
Qurban Qurbanov: Ansi Aqolli ilə Admir Teli də Qarabağda qalacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bəzi futbolçularla yeni müqavilələrin imzalanmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Rəhbərlik müqaviləsinin müddəti başa çatacaq futbolçuların siyahısını mənə təqdim etdi. Mən də vaxt itirməməyə və onlarla indi anlaşmağa qərar verdim. Daha bir neçə futbolçu ilə yeni müqavilə imzalayacağıq. Ansi Aqolli ilə Admir Teli də komandada qalacaq. Amma neçə illik müqavilə imzalanacaq, bu, rəhbərliklə danışıqlardan asılı olacaq”.