13 may 2013 13:16
Neftçi Qəbələyə tam heyətlə yollandı
Ardıcıl üçüncü çempionluğun bir addımlığında olan “Neftçi” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq Qəbələyə yola düşüb.
Böyükağa Hacıyevin komandası həlledici qarşılaşmaya tam heyətlə yollanıb. Belə ki, komandanın heyətində zədəli və cəzalı futbolçuların olmaması üzləri güldürür. Çempionatın bombardiri Nikolas Kanales də cəzasını başa vurduğundan Qəbələdə meydana çıxa biləcək.
Qeyd edək ki, “Neftçi” bu oyunda növbəti çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün “ağ-qaralar”a bir xal da bəs edəcək.
