13 may 2013 13:44

Kazım Kazımlı: Belə oyunla XL avrokuboklarda heç nəyə ümid edə bilməz

“Xəzər Lənkəran”ın gənc futbolçusu Kazım Kazımlının azerisport.az saytına müsahibəsi
 
- “Sumqayıt”la oyun sizin son səfər matçınız olacaq. Bu oyundan nə gözləyirsiz?
- Onlarla son oyunlarımız o qədər uğurlu alınmır. Amma bu dəfə müsbət nəticə qazanmağı hədəfləmişik. “Sumqayıt” möhkəm komandadı. Onları məğlub etmək bizim üçün heç də asan olmayacaq. Qarşıda bizi həlledici kubok oyunu da gözləyir. Son iki çempionat oyununu qalib başa vurub, həmin həlledici görüşə daha yaxşı hazırlaşmaq istəyirik.
 
- Demək olar ki, “Xəzər Lənkəran” “Neftçi”nin çempionluğuna sevinir? Axı bu, komandanızı avtomatik olaraq avrokuboklara çıxarır...
- İlk altılığa düşmədiyimiz üçün çempionluğun taleyi bizi o qədər də maraqlandırmır. Amma avrokuboklara düşmək istəyimizi gizlətmirik. “Neftçi” çempion olsa da, olmasa da, biz buna öz gücümüzlə nail ola bilərik. “Xəzər Lənkəran” kubokun finalında qələbə qazanmaqla sübut etməlidi ki, avrokuboklarda oynamağa layiqdi.
 
- Amma hazırda hamı “Neftçi”ni “Xəzər Lənkəran”dan daha güclü hesab edir...
- Digər komandaların oyunundan danışmayacağam. Bizi yalnız öz komandamız maraqlandırır. Kimin güclü olduğunu isə final oyunu göstərəcək. Hamı bu görüşün nə qədər prinsipial olduğunu bilir. Belə oyunlarda motivasiya istər-istəməz yüksək olur. Ona görə də indidən kimin güclü olduğunu demək tezdi.
 
- “Xəzər Lənkəran” indiki oyunu ilə avrokuboklarda nəyə ümid edə bilər?
- Avrokuboklara düşəcəyiksə, yəqin ki, heyəti gücləndirəcəyik. Məşqçilər korpusu komandaya nə lazım olduğunu daha yaxşı bilir. Aydın məsələdi ki, indiki oyunla avrokuboklar haqda nəsə düşünməyə də dəyməz. Mövsümün sonunda “Xəzər Lənkəran”da çox şey dəyişəcək.
 
- Kubokun finalında qələbə qazanmaqla bu mövsümkü uğursuzluqları unutdurmaq olar?
- Bəli. Biz kuboku qazanmaqla azarkeşləri yenidən stadiona qaytara bilərik. Mümkündü ki, çoxları komandamıza inanmır. Amma şansımız var. “Neftçi” ilə oyun mövsümün kluminasiya nöqtəsi olacaq. Bu oyunda qələbə çox dəyərli olacaq.
 
- “Turan”la son oyunda məhz sizin yeganə qolunuz qələbə üçün yetərli oldu...
- Çox şadam ki, komandama qələbə qazandıran qola imza atdım. Məqsədimiz “Turan”a qalib gəlmək idi, buna da nail olduq. “Xəzər Lənkəran”ın əsas heyətində oynamaq mənim üçün böyük sevincdi. Bunun daha çox olmasını istəyirəm.
 
- İkinci altılıqda oynamaq çətin deyil ki?
- Motivasiya azdı. Biz ilk altılığa düşməyə borclu idik. Amma bəxtimiz gətirmədi. Buna baxmayaraq, “Xəzər Lənkəran” növbəti mövsümə böyük ümidlərlə baxır. Gələn il klubun 10 illik yubileyi qeyd olunacaq. Biz bunu çempionluqla qeyd etməyə borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.