13 may 2013 14:38
Qarabağ belə çempion oldu (VİDEO)
Xəbər verdiyimiz kimi, U-13 Liqasının 2012-2013-cü il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, mövsümün son iki oyunu Bayıl stadionunda keçirilib. Üçüncü yer uğrunda matçda "Neftçi" və "Xəzər Lənkəran" komandaları qarşılaşıb. Oyunda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Neftçi"6:5 hesabı ilə qalib gələrək üçüncü yeri tutub. Finalda isə "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib. "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanaraq U-13 Liqasının 2012-2013-cü il mövsümünün qalibi olub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
