13 may 2013 14:56
“Digər klubların təkliflərinə baxmağa hazırıq”
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev futbolçularına görə başqa klublardan heç bir təklif almadıqlarını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizə heç bir klub hansısa futbolçumuzu transfer etmək üçün müraciət etməyib. Ona görə də indidən nəsə danışmaq tezdi. Bəzi futbolçular var ki, onlarla yolları ayırmağı düşünürük. Əgər onlarla bağlı hansısa klubdan təklif gəlsə, baxmağa hazırıq. Mindauqas Kalonasa gəlincə, ona hansısa klubun müqavilə təklif etməsinə dair heç nə eşitməmişəm. Baş məşqçi Ramil Əliyevə gəlincə, onun məsələsinə mövsümün sonunda baxılacaq. Biz iclas keçirəcəyik və orda növbəti mövsümlə bağlı bütün suallara aydınlıq gətiriləcək”.