13 may 2013 15:15
Millimiz Litvaya da məğlub oldu
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız üçüncü yer uğrunda qarşılaşmada Litva komandası ilə üz-üzə gəlib.
Oyunda hesabı Litva açıb. Amma az sonra komandamız penaltidən hesabı bərabərləşdirməyi bacarıb. Buna baxmayaraq, qələbə qolunu vuran litvalılar 2:1 hesabıyla üstün olublar.
Qeyd edək ki, qrup mərhələsində Gürcüstan yığmasına 2:1, Braziliyanın "Botafoqo" klubuna isə 2:0 hesabı ilə qalib gələn futbolçularımız İran komandasına 0:2 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutub.
