13 may 2013 15:32
İnter Zaqatalaya yollandı
Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “İnter” “Simurq”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün Zaqatalaya yola düşüb.
“Bankirlər” səfərə aşağıdakı heyətlə yollanıb: G.Lomaya, R.Tevdoradze, A.Daşdəmirov, B.Abdulay, V.Levin, İ.Niasse, İ.Kandelaki, İ.Ələkbərov, S.Georgiyevski, A.Abasıyev, A.Məmmədov, S.Zərgərov, D.Genov, Y.Fomenko, B.Sxadadze, L.Roşa.
Heyətə ikinci komandadan da bəzi futbolçuların daxil ediləcəyi gözlənilir. Əlavə edək ki, bu gün komanda Zaqatala Olimpiya kompleksində məşq edəcək.
