13 may 2013 15:56
Rail Məlikov: Azərbaycana qayıtmaq haqda düşünmürəm
Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikovun azerisport.az saytına müsahibəsi
- “Bucaspor” üzərində qələbə qazandığınız mövsümün son oyunu barədə nə deyə bilərsiz?
- Bizim üçün mövsümü major notlarla başa vurmaq çox vacib idi. Fikrimcə, layiqli qələbə qazandıq. Şadam ki, mən də, Arif də bu oyunun ilk dəqiqələrindən meydanda idik.

- Komandanızın mövsümün son oyunlarında yaxşı nəticələr qazanmasının sirri nədədi?
- Hə, son dörd oyunda 10 xal topladıq. Bir sözlə, son dörd turun çempionuyuq. Yeni baş məşqçinin gəlişindən sonra komanda daha yaxşı oynamağa başlayıb. Hesab edirəm ki, bu dəyişiklik çoxdan baş verməli idi.

- Komanda mövsümü 11-ci pillədə başa vurdu. Bu nəticəni necə qiymətləndirirsiz?
- Deməzdim ki, uğursuz nəticədi. Əsas odu ki, birinci liqadakı yerimizi qoruduq. Məncə, birinci dövrədən sonra komandanın aparıcı oyunçuları klubla yollarını ayırmasaydı, biz pley-off mərhələsinə də çıxa bilərdik. Təəssüf ki, onları əvəzləyən futbolçular komandanı gücləndirə bilmədilər. Digər problemlər də var idi. Amma mən onlardan danışmaq istəmirəm. Bu, klubun daxili işləridi.
- Qışda gələnlərdən biri də Arif İsayev idi. Onda belə çıxır ki, o da komandanı gücləndirə bilmədi?
- (gülür) Arif “Denizlispor”un ən yaxşı qış transferidi. O, komandaya çox fayda verdi.

- Növbəti mövsümdə “Denizlispor”da qalacaqsız?
- Mənim klublda “1+1” sistemi ilə müqaviləm vardı. Bunun birinci hissəsi başa çatır. İndi rəhbərliklə yenidən görüşəcəm. Ondan sonra burda qalıb-qalmayacağım dəqiqləşəcək.

- Bəs razılığa gələ bilməsəz?
- Elə olsa, menecerim digər variantları nəzərdən keçirməli olacaq. Türkiyədə klubsuz qalmayacağam.

- Azərbaycana qayıtmaq haqda düşünmürsüz?
- Həyatda hər şey ola bilər. Amma hələ qayıtmaq haqda düşünmürəm. Mümkündü ki, bu, ən son variant olsun.