13 may 2013 16:31

İki seriyadan birinə son qoyacaq oyun

"Rəvan” Topaz Premyer Liqasının 31-ci turunda evdə AZAL ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “Rəvan” ikinci "altılığ”ın lideri ilə indiyə qədər 7 dəfə qarşılaşıb.
 
Bu matçlarda “aslanlar” 4 dəfə qələbə qazanıbsa, 2 halda meydanı xalsız tərk edib. Bunlar cari mövsümün səfər oyunlarına təsadüf edib. “Rəvan” ilkin mərhələdə 1:3, final mərhələsində isə 2:3 hesabı ilə yenilib. Ancaq bu komanda ev oyunlarınının hər üçündə rəqibini məğlub edib. “Rəvan” topların fərqində də üstələdiyi AZAL ilə keçirdiyi bütün oyunlarda ən azı 1 qol vurmağı bacarıb.
 
Onu da bildirək ki, “Rəvan” ikinci "altılıq”da evdə keçiridiyi 4 oyunun hamısında qələbə qazanıb. "Xəzər Lənkəran” və "Turan”ı 1:0 hesabı ilə üstələyən "Rəvan” "Sumqayıt”la "Kəpəz”in qapısından 3 cavabsız top keçirib. Başqa sözlə, cari mövsüm son ev matçında seriyanı davam etdirmək lazımdı. AZAL isə final mərhələsində heç kimə uduzmayıb. Son 10 oyunun 9-da qələbə qazanmış "təyyarəçilər” dalbadal 6 matçdır qalib gəlir. Deməli, “Rəvan” öz qələbə seriyasını davam etdirməklə rəqibən seriyasına da son qoymuş olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.