13 may 2013 17:17
Neftçi çempionluq kubokunu Qəbələdə almayacaq
Topaz Premyer Liqasının lideri “Neftçi” 31-ci tur çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə görüşdə çempion olsa da, kuboku Qəbələdə ala bilməyəcək. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqası çempionatın baş mükafatını Qəbələyə aparmağa hazırlaşmır.
Paytaxt təmsilçisi hətta çempionluğunu Qəbələdə rəsmiləşdirə bilsə də, çempionluq kubokunu son turda alacaq.
Qeyd edək ki, “Neftçi”yə bu turda çempionluq üçün “Qəbələ” ilə heç-heçə də bəs edəcək. Son turda isə “ağ-qaralar”ı “Bakı” ilə qarşılaşma gözləyir.
