13 may 2013 17:56
Azərbaycanlı Kaladzeni nazir vəzifəsində əvəz edəcək
Gürcüstanın baş naziri Bidzina İvanişvili azərbaycanlı Ramil Əliyevi ölkəsində nazir təyin etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə "Praymer" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ramil Əliyev Gürcüstanın energetika və təbii ehtiyatlar naziri təyin oluna bilər. O, bu postda Kaxa Kaladzeni əvəzləməlidi.
