14 may 2013 18:01
“Azərbaycan mənə Rusiya ilə müqayisədə daha yaxındı”
“Sumqayıt”ın yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov bəyan edib ki, Azərbaycan yığmasında oynamağın əleyhinə deyil. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Əlbəttə, Azərbaycan yığmasına dəvət almağımı istərdim. Hər bir futbolçu üçün milliyə dəvət böyük bir şansdı. Fikrimcə, yığmada oynamaq istəməyən futbolçu yoxdu. Azərbaycan həm islam, həm də ailə baxımından mənə Rusiyadan daha yaxındı. Düzdü, vaxtilə Rusiyanın U-17 yığmasında Alan Dzaqoyevlə birgə çıxış etmişəm. Türkiyədə keçirilən turnirdə də iştirak etmişdim. Həmin turnirdə Azərbaycan yığması da mübarizə aparırdı. Amma sonradan heç bir yığmaya çağırılmadım”.