14 may 2013 19:30
Neftçinin avtobusu daşa basıldı (FOTO, VİDEO)
Topaz Premyer Liqasının bu gün keçirilən “Qəbələ” – “Neftçi” oyunu zamanı qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, oyunun birinci hissəsi zamanı yerli azarkeşlər təfərindən “Neftçi”nin avtobusu daşa basılıb.
Nəticədə avtobusun sol hissəsinin şüşələri qırılıb. Lakin hadisə matçın gedişatı zamanı baş verdiyinə görə, avtobusda heç kim olmayıb. Paytaxt klubunun nümayəndələri də hadiəsən fasilə zamanı xəbər tutublar.
