14 may 2013 19:41
Neftçi Xəzər Lənkəranı da Avroliqaya göndərdi
Futbol üzrə Topaz Premyer Liqasının 31-ci turu Azərbaycanın bu yay avrokuboklardakı bütün təmsilçilərinin adına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, “Qəbələ” ilə 1:1 hesablı heç-heçəyə razılaşan “Neftçi” sona bir tur qalmış çempionluğunu təmin edib.
Nəticədə bu komanda ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
“Bakı”nı məğluv etməklə gümüş medalları özü üçün təmin edən “Qarabağ”, eləcə də “Simurq”a uduzmaqla üçüncü olan “İnter” Azərbaycanı Avropa Liqasında təmsil etməli olacaq. Bu turnirdəki daha bir təmsilçimiz isə “Xəzər Lənkəran” olacaq. Con Toşakın komandası ölkə kubokunun finalına vəsiqə qazanıb. Lakin cənubluların finaldakı rəqibi “Neftçi” onsuz da Çempionlar Liqasında çıxış edəcəyi üçün, “Xəzər Lənkəran” hətta həlledici görüşdə məğlub olacağı halda da, Avropa Liqasında çıxış etməli olacaq.
