14 may 2013 19:56
“Müdafiədə buraxdığımız səhvlərdən qapımızda 3 qol gördük”
"Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 31-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk dəqiqələrdən oyuna yaxşı başladıq. “Qarabağ”ın fərqlənmək üçün imkanları olurdu, lakin istifadə edə bilmirdilər. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda 3 qol gördük. Rauf Əliyevin qırmızı vərəqə alması oyunumuza təsir etdi. Qarşıda son oyunumuz var”.
