14 may 2013 20:04
Qurban Qurbanov: Komandam yaxşı oynadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 31-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib ilk dəqiqələrdən bizə çətinlik yaradırdı. Yaxşı müdafiə və sürətli əks-hücum hesabına bir qol vurdular. Havanın isti olmasına baxmayaraq, komandam yaxşı oynadı, qələbə qazandıq”.
