14 may 2013 20:07
“İkinci hissədə oyunda tam üstün tərəf idik”
“Qəbələ”nin məşqçisi Luis Araqon Topaz Premyer Liqasının 31-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Neftçi” komandasını təbrik edirəm. Qalib gələ bilməməyimizə təəssüflənirəm. İkinci hissədə oyunda tam üstün tərəf idik. Komandanın əsas heyətində 4 gənc futbolçuya şans vermişdik. Fikrimcə, doğru yoldayıq”.
