14 may 2013 20:10
Böyükağa Hacıyev: Qarabağın əziyyətinə heyfim gəlir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 31-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ümumilikdə, yaxşı oyun alındı. Bu cür oyunlar çətin olur. “Qarabağ”ın əziyyətinə heyfim gəlir. Çempionluq üçün çox əziyyət çəkdilər, lakin bu fürsəti əldən verdilər. Mən isə bu fürsəti əldən verməzdim. “Xəzər Lənkəran”ı da Avroliqaya vəsiqə qazanması ilə təbrik edirik”.
