14 may 2013 20:14
“Futbolçumuzun qırmızı vərəqə alması oyunumuza təsir etdi”
“Simurq”un məşqçisi İqor Getman Topaz Premyer Liqasının 31-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun çox çətin keçdi, futbolçular sona kimi mübarizə apardı. Futbolçumuzun qırmızı vərəqə alması oyunumuza təsir etdi. Bizim üçün daha da ağır oldu. Oyunu qələbə ilə başa vura bildik. Komandamı təbrik edirəm”.
