14 may 2013 20:47
Rəşad Sadiqov: Xəzər Lənkəran ilə oyuna rahat hazırlaşmaq üçün erkən çempion olmaq vacib idi
“Neftçi”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 31-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bilirdik ki, bu oyun çətin keçəcək. Çünki rəqibin heyətində güclü legionerlər var. Düzdü, qələbə qazana bilmədik. Amma istədiyimizə nail olduq, çempionluğu təmin etdik. Bizim üçün bu oyunda çempionluğu təmin edib, “Xəzər Lənkəran”la kubok oyununa daha rahat hazırlaşmaq çox vacib idi”.
