14 may 2013 11:12

Qərb derbisinin 11 məqamı

Topaz Premyer Liqasının 31-ci turunun ilk oyun günü Qərb derbisi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, “Turan”la “Kəpəz” arasında 43-cü qarşılaşma məhsuldarlığı ilə diqqət çəkdi.
 
8 qolun vurulduğu matçda gəncəlilər əzmkar qələbə qazandı – 5:3. Qarşılaşma təkcə qollarla deyil, statistik məqamlarla da zəngin oldu. Bu məqamların 11-i daha çox diqqət çəkir.
 
Derbidə 2-ci dəfə
 
“Qərb derbisi” 21 illik tarixində yalnız 1 dəfə daha məhsuldar alınmışdı. 13 il əvvəl 9 qolun vurulduğu görüşdə “Kəpəz” rəqibini darmadağın etmişdi.
 
16.04.2000 Kəpəz (Gəncə) – Turan (Tovuz) – 9:0
 
Hər 2 komandanın 3 və ya daha artıq qol vurmasına da 2-ci dəfə təsadüf olundu. 18 il əvvəl qərblilər buna nail olmuşdu.
 
02.08.1995. Turan (Tovuz) – Kəpəz (Gəncə) – 3:3
 
5 qolla 5-ci qələbə
 
“Kəpəz”in 5 qol vurub qalib gəldiyi qarşılaşma komandanın cari çempionatda yubiley – 5-ci qələbəsi oldu. Bu, həm də Mahmud Qurbanovun baş məşqçi karyerasında Premyer Liqada qazanılan 5-ci qələbə oldu.
 
8 qol
 
Topaz Premyer Liqasında mövsümdə 4-cü dəfə 1 oyunda 8 və daha çox qol vuruldu. Bunadək 1 qarşılaşmada 9, 2-də isə 8 top vurulmuşdu.
 
17.11.2012.     Neftçi (Bakı) - Sumqayıt - 8:1
16.09.2012.     AZAL (Bakı) - Qarabağ (Ağdam) – 6:2
30.03.2013.     Turan (Tovuz) - Rəvan (Bakı) – 2:6
 
1 hissədə 7 qol
 
“Turan” – “Kəpəz” oyununun 2-ci hissəsində qapılara 7 qol vuruldu. Gəncəlilərin 5:2 hesabı ilə qalib gəldiyi hissə mövsümün yeni rekordu oldu. Bunadək 45 dəqiqədə ən çoxu 6 qol qeydə alınmışdı.
 
17.11.2012.     Neftçi (Bakı) - Sumqayıt - 5:1 (I hissə)
16.09.2012.     AZAL (Bakı) - Qarabağ (Ağdam) – 4:2 (II hissə)
 
5 qol
 
Premyer Liqada mövsümün gedişində 8-ci dəfə komandalardan biri 5 və ya daha çox qol vurdu. Bunadək AZAL 2, “Qarabağ”, “Neftçi, “Rəvan”, “Turan” hərəyə 1 dəfə bunu bacarmışdı.
 
3 qol buraxıb uduzmaq
 
Mövsümdə ilk dəfə 3 qol vuran komanda məğlub oldu. Ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlib. “Turan” isə 3 qol vurub nəinki 3, heç 1 xal da qazanmayan ilk klub oldu.
 
İki penalti
 
Mövsümdə 3-cü dəfə 1 oyunda 2 penalti təyin olundu. Hər komanda lehinə təyin olunan yeganə imkandan maksimum yararlandı. Bunadək mövsümdə 2 dəfə belə hadisə yaşanmışdı. Ötən il komandaların hərəsi 1 penalti qazansa da heç biri bundan istifadə etməmişdi. Bu il yaşanan ilk hadisədə isə “Xəzər Lənkəran” hər 2 penaltidən qol vurmağı bacardı.
 
27.10.2012. Qəbələ - Turan (Tovuz) – 0:1
03.03.2013. Xəzər Lənkəran - Sumqayıt – 2:2
 
3-cü het-trik
 
“Turan”ın qapısına 3 qol vuran Pərvin Paşayev mövsümün 3-cü het-trikini rəsmiləşdirdi. Bu komandaların təsnifat mərhələsinin 2-ci dövrəsində də het-trik qeydə alınmışdı. Həmin vaxt “Kəpəz”in qapısına 3 qolu Salif Ballo vurmuşdu. Digər het-trik də “Turan”ın oynadığı matçda qeydə alınıb. Xuan Manuel Varea “Rəvan”ın 3 qolunu vurub.
 
02.12.2012. Turan (Tovuz) - Kəpəz (Gəncə) – 5:1 (Salif Ballo)
30.03.2013. Turan (Tovuz) - Rəvan (Bakı) – 2:6 (Xuan Manuel Varea)
 
Cəmi 52 tamaşaçı
 
8 qolun vurulduğu qarşılaşmanı cəmi 52 tamaşaçı izləyib. Bu da “Qərb derbisi”nin paytaxtda keçirilməsi ilə bağlıdır. Cari mövsüm Premyer Liqada cəmi 5 matçda daha az tamaşaçı olmuşdu. Təbii ki, cəza üzündən azarkeşsiz keçirilən “Qarabağ” – “Qəbələ” matçı istisna olmaqla.
 
03.03.2013. Kəpəz (Gəncə) -Simurq (Zaqatala). Dalğa Arena - 50 tamaşaçı
19.04.2013. Kəpəz (Gəncə) - Turan (Tovuz). Dalğa Arena - 30 tamaşaçı
27.04.2013. Kəpəz (Gəncə) – Sumqayıt. Dalğa Arena - 50 tamaşaçı
03.05.2013. Turan (Tovuz) - AZAL (Bakı). Dalğa Arena - 30 tamaşaçı
08.05.2013. Kəpəz (Gəncə) - Rəvan (Bakı). Dalğa Arena - 50 tamaşaçı
 
Vərəqəsiz
 
“Turan” qarşılaşmanı vərəqəsiz bitirdi. Bu, mövsümdə 28-ci belə haldır ki, komandalardan biri 90 dəqiqə ərzində vərəqə ilə cəzalanmır. “Qarabağ” 5, “Turan” 4, AZAL, “Bakı”, “Xəzər Lənkəran” hərəsi 3, “İnter”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt” hərəsi 2, “Rəvan”, “Simurq” hərəsi 1 dəfə.
 
Yeni hakim
 
“Qərb derbisi”ni idarə edən Ramil Əhmədov Premyer Liqada debüt etdi. O, cari mövsüm çempionat matçına təyinat alan 13-cü hakim oldu. Onlardan 3-ü – Ömər Paşayev, Namiq Bəkirov və Ramil Əhmədov bu il ilk matçına çıxıb.
 
1. Əliyar Ağayev         26
2. Rəhim Həsənov       23
3-5. Elçin Məmmədov            21
Vüsal Əliyev   21
Fariz Yusifov  21
6. Anar Salmanov       20
7. Rauf Cabbarov        16
8. Elvin Əsgərov         14
9. Orxan Məmmədov  11
10. Ramil Diniyev       6
11-13. Ömər Paşayev  1
Namiq Bəkirov            1
Ramil Əhmədov          1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.