14 may 2013 11:28
Yığmamızın üzvü ən yaxşı yarımmüdafiəçi seçildi
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 9-dan 13-dək Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində iştirak edib. Azerisport.az xəbər verir ki, yığmamız turnirdə dördüncü yeri tutub.
Qazaxıstan və İran komandaları arasında keçirilmiş final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Yığmamızın üzvü Roman Hüseynov "Turnirin ən yaxşı yarımmüdafiəçisi" nominasiyasında mükafata layiq göürülüb.
