15 may 2013 00:11

Bütün suallara aydınlıq gətirən tur

Topaz Premyer Liqasının 31-ci turuna yekun vuruldu. Azerisport.az xəbər verir ki, mövsümün bütün suallarına aydınlıq gətirən turun iki görüşü ilk, qalan dörd qarşılaşması isə ikinci oyun günündə baş tutdu.
 
Bazar ertəsi 8-ci pillədə qərarlaşan “Xəzər Lənkəran” 10-cu yerdə gedən “Sumqayıt”ın qonağı oldu. Bu komandalar arasında cari mövsümdə baş tutan hər üç oyun heç-heçə bitmişdi – 1:1, 2:2, 0:0. Lakin bu dəfə nəhayət ki, tilsim qırıldı. “Sumqayıt”da icarə əsasında oynayan “Neftçi”nin futbolçusu Ruslan Qurbanov 14-cü dəqiqədə meydan sahiblərinə qələbə qazandıran qola imza atdı. “Xəzər Lənkəran”dan Manuel Skartalatke qırmızı vərəqə aldığına görə qonaqlar son yarım saatı azlıqda keçirsələr də, görüşdə başqa qol vurulmadı və minimal hesablı qələbə “Sumqayıt”ın elitada qalacağını dəqiqləşdirdi.
 
İlk günün digər oyununda isə “Turan” elitanı tərk etməsi xeyli öncə dəqiqləşən “Kəpəz”i qəbul etdi. Oyun Qərb derbisi olsa da, Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün Bakıda – “Dalğa Arena”da baş tutdu. Matçı izləyən azsaylı azarkeşlər əsl qol şousuna şahidlik etdilər. 8 qolun vurulduğu görüşdə “Kəpəz” 5:3 hesablı qələbəyə sevindi. Bununla da “Turan”la “Sumqayıt” arasındakı xal fərqi səkkizə çıxdı və və Tovuz klubunun da Premyer Liqadan gedişi rəsmiləşdi. Hərçənd, AFFA “Turan”a lisenziya verməməklə, tovuzlaları hələ bir müddət əvvəl güclülər dəstəsindən kənarlaşdırmışdı.
 
Həlledici qarşılaşmalar ikinci oyun günündə baş tutdu. Qəbələdə bu şəhərin eyniadlı təmsilçisi lider “Neftçi”ni qəbul etdi. Qeyd edək ki, patyaxt klubu bu görüşdə hətta bir xal qazanacağı halda da, çempionluğunu rəsmiləşdirəcəkdi. Oyunda hesabı məhz “Neftçi”nin kapitanı Rəşad Sadiqov açdı. “Qəbələ” matçın sonlarında Yannik Kamananla bərabərliyi təmin etdi. Bundan sonra oyunda qol olmadı və matç 1:1 hesabı ilə yekunlaşdı. Baxmayaraq ki, Lorrival Assis penaltini qola çevirsəydi, çempionluğun taleyinə son turda aydınlıq gəlmiş olacaqdı. Amma qazanılan bir xal “Neftçi”nin ardıcıl 3-cü, ümumilikdə isə 8-ci çempionluğunu bayram etməsinə yetərli oldu. Son iki mövsümdə (2010-2011, 2011-2012) qızıl medallara sahib çıxan flaqman daha əvvəl 5 dəfə bu uğuru qazanmışdı. İlk dəfə 1992-ci ildə qızıl medallara sahib çıxan “ağ-qaralar” 1995-1996, 1996-1997, 2003-2004 və 2004-2005 mövsümlərində də hamıdan yaxşı olmuşdu. Bundan başqa “Neftçi” 4 dəfə Azərbaycan Kubokunu (1994-1995, 1995-1996, 1998-1999, 2003-2004), 2 dəfə Azərbaycan Super Kubokunu (1993, 1995) və 1 dəfə “Birlik Kuboku”nu (2006) qazanıb. “Ağ-qaralar”ın Sovet dövründəki yeganə uğuru 1966-cı ildə əldə edilən üçüncülükdü.

İkinci yer uğrunda mübarizə aparan “Qarabağ” isə “Bakı”nı qəbul etdi. Hesabı “Bakı”dan Risto Ristoviç açdı. Amma paytaxt klubunun sevinci yalnız bu qoldan ibarət oldu. İlk hissənin sonlarında Muarem Muarem tarazlığı bərpa etdi. 58-ci dəqiqədə Vüqar Nadirov “Qarabağ”ı hesabda önə keçirdi. 73-cü dəqiqədə isə Denis İvanov topu öz qapısına göndərərək, Ağdam klubuna 3:1 hesablı qələbə qazandırdı. 84-cü dəqiqədə Rauf Əliyevin meydandan qovulması isə heç nəyi dəyişmədi. Nəticədə “Qarabağ”ın mövsümü ikinci pillədə başa vuracağı dəqiqləşdi. “Neftçi”nin çempionluğu ilə eyni anda Qurban Qurbanovun yetirmələri də sona bir tur qalmış gümüş medalları özləri üçün təmin etdilər. Qeyd edək ki, “Qarabağ”16 illik fasilədən sonra gümüş medallara sahib çıxdı. Belə ki, ağdamlılar sonuncu dəfə 1996-1997 mövsümündə ikinci pilləni tutmuşdular. Ümumilikdə isə “Qarabağ”ın aktivində 1 çempionluq, 3 ikincilik, 3 üçüncülük var.
 
“İnter” isı Zaqatalada “Simurq”un qonağı oldu. Meydan sahibləri Zdravko Popoviçin 39-cu dəqiqədə penaltidən vurduğu qolla qələbəni bayram etdlərb. Qeyd edək ki, 54-cü dəqiqədə Nicat Qurbanov meydandan qovulduğundan “Simurq” azlıqda qaldı. “İnter”də isə 74-cü dəqiqədə kapitan Vladimir Levin “qırmızı” aldı. Amma bunlar oyunun nəticəsinə heç bir təsir göstərmədi. Nəticədə “İnter”in də mövsümü üçüncü pillədə bitirəcəyi rəsmiləşdi. Bu, “bankirlər”in tarixi ərzində qazandığı ikinci “bürünc” olacaq. Kaxaber Sxadadzenin yetirmələri ötən il də eyni nəticə ilə kifayətlənmişdi. Qeyd edək ki, “İnter” indiyə qədər iki dəfə çempion olub və bir dəfə gümüş mükafat qazanıb.
 
Son günün digər oyunu isə ikinci altılıq çərçivəsində baş tutdu və “Bayıl Arena”da “Rəvan” AZAL-ı qonaq etdi. Bu qarşılaşmada da azarkeşlər 8 qola şahidlik etdilər. Qələbəni isə final mərhələsində məğlubiyyət tanımayan AZAL bayram etdi.
 
Maraq üçün qeyd edək ki, 31-ci turun oyunlarından sonra əksər komandaların mövsümü bitirəcəyi pillələr müəyyənləşib. Qeyd etdiyimiz kimi, “Neftçi”, “Qarabağ” və “İnter”in ilk 3 yeri tutacağı dəqiqdi. “İnter”i yenən “Simurq” özü üçün 4-cü pilləni təmin etdi. Bundan əvvəl AZAL-ın mövsümü 7-ci, “Turan”ın 11-ci, “Kəpəz”in isə 12-ci yerdə bitərəcəyi məlum idi. Son turda ilk altılıqda 5-6-cı (“Qəbələ” və ya “Bakı”, ikinci altılıqda isə 8-9-cu (“Xəzər Lənkəran” və ya “Rəvan”) və 9-10-cu yerlərin sahibi müəyyənləşəcək (“Xəzər Lənkəran”, “Rəvan” və ya “Sumqayıt”).
 
Topaz Premyer Liqası
31-ci tur
 
TURAN – KƏPƏZ - 3:5 (1:0)
Qollar: Asəf Qədiri, 44-pen (1:0), Pərvin Paşayev, 46 (1:1), Bujamin Asani, 51 (1:2), Salif Ballo, 59 (2:2), Pərvin Paşayev, 68 (2:3), Pərvin Paşayev, 76-pen (2:4), Vladislav Serebryakov, 83 (2:5), Salif Ballo, 87 (3:5).
Sarı vərəqələr:  Elgiz Kərəmli, 27 (rəqibi tutduğuna görə); Elxan Əzizov, 51 (oyunun bərpasını gecikdirdiyinə görə); Elvin Həsənəliyev, 70 (oyunun bərpasını gecikdirdiyinə görə); Məhərrəm Müslümzadə, 76 (rəqibi tutduğuna görə); Fərid Quliyev, 79 (rəqibi tutduğuna görə); Vladislav Serebryakov, 83.
Hakimlər: Ramil Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor:  Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
13 may 2013. Bakı. “Dalğa Arena”. 52 tamaşaçı.
TURAN: 1. Kamal Bayramov (k), 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov (4. Vüqar Bəybalayev, 80), 9. Murad Ağakişiyev (20. David Janalidze, 54), 10. Ender Günlü, 13. Nikolas Maysuradze, 16. Əbülfət Abbasov (11. Salif Ballo, 42), 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 3. Anatoli Stukalov, 21. Elşad Manafov, 24. Orxan İsmayılov.
Baş məşqçi: Əfqan Talıbov.
KƏPƏZ: 22. Tural Abbaszadə, 4. Məhərrəm Müslümzadə, 7. Pərvin Paşayev (27. Kamran Babayev, 90), 8. Elvin Həsənəliyev, 9. Alan Soltanov, 11. Fərid Quliyev (30. Vladislav Serebryakov, 81), 14. Elxan Əzizov, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli (20. Emin Əliyev, 38), 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 3. Vüsal İbrahimov, 17. Elmar Əhmədov, 23. Ravil Müslümov.
Baş məşqçi: Mahmud Qurbanov.
 
SUMQAYIT – XƏZƏR LƏNKƏRAN - 1:0 (1:0)
Qol: Ruslan Qurbanov, 14 (1:0).
Sarı vərəqələr: Can Akgün, 36 (hakimin qərarına etiraz); Samir Abasov, 45 (bilərəkdən əl ilə oyun); Murad Ağayev, 80 (qeyri-idman hərəkəti) - Adrian Skarlatake, 50 (qeyri-idman hərəkəti); 61 (qeyri-idman hərəkəti); Alvaro Silva, 84 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Adrian Skarlatake, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor:  Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
13 may 2013. Bakı. “Bayıl Arena”. 250 tamaşaçı.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 6. Taner Taktak, 11. Sabir Allahquliyev (77. Mirzəağa Hüseynpur, 78), 13. Murad Ağayev (8. Aqşin Muxtaroğlu, 80), 21. Məhəmməd Mirzəbəyov, 86. Can Akgün, 91. Ruslan Qurbanov (17. Emin Cəfərquliyev, 89), 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 22. Xəyal Mustafayev, 50. Ruslan Nəsirli, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernhard Raab.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı (30. Toni Doblas, 68), 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı (42. Kamran Abdullazadə, 65), 21. Radomir Todorov, 24. Gökhan Güleç, 27. Adrian Skarlatake, 99. Marin Orsuliç (55. Ağabala Ramazanov, 46).
Ehtiyat oyunçular: 9. Uğur Pamuk, 15. Qafar Əliyev, 19. Fikrət Ulduzlu, 72. Elvin Mirzəyev.
Baş məşqçi: Con Toşak.
 
RƏVAN – AZAL - 3:5 (2:2)
Qollar: Ruslan Tağızadə, 12 (0:1), Nikolay Orlovski, 28 (1:1), Viktor İqbekoyi, 31 (1:2), Miloş Adamoviç, 41 (2:2), Ramazan Abbasov, 52 (3:2), Tagim Novruzov, 63 (3:3), Franko Nildo, 66 (3:4), Franko Nildo, 75-pen (3:5).
Sarı vərəqələr: Şəhriyar Rəhimov, 1 (qeyri-idman hərəkəti); Samuel Barlay, 20 (qeyri-idman hərəkəti); Miloş Adamoviç, 46 (qeyri-idman hərəkəti); Nikolay Orlovski, 79 (qeyri-idman hərəkəti); 85 (bilərəkdən əl ilə oyun) - Taqim Novruzov, 29 (fitdən sonra topa zərbə); Amil Ağacanov, 53 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 84 (qeyri-idman hərəkəti); Oskar Klava, 88 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Nikolay Orlovskiy, 85
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Nahid Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
14 may 2013. Bakı. “Bayil Arena”. 400 tamaşaçı.
RƏVAN: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k) (16. Orxan Lalayev, 70), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Miloş Adamoviç (7. Ramil Həşimzadə, 85), 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 11. Əli Əliyev, 19. Hüseyn Axundov, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
AZAL: 1. Amil Ağacanov (27. Ruslan Məcidov, 53), 2. Xuan Fransisko, 4. Xose Junior Aylton, 6. Taqim Novruzov (32. Vladimir Boqdanoviç, 80), 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 37. Andrius Veliçka (16. Franko Nildo, 51), 99. Orxan Həsənov.
Ehtiyat oyunçular: 7. Cavid Tağıyev, 11. Zohair Benoauhi, 19. Orxan Səfiyaroğlu, 77. Saşa Yunisoğlu.
Baş məşqçi: Vaqif Sadıqov.
 
QARABAĞ – BAKI - 3:1 (1:1)
Qollar: Mario Rubio, 18 (0:1), Muarem Muarem, 38 (1:1), Vüqar Nadirov, 58 (2:1), Denis İvanov, 73-öz qapısına (3:1).
Sarı vərəqə: Mario Rubio, 51 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Rauf Əliyev, 84 (aqressiv hərəkət).
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Zeynal Zeynalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
14 may 2013. Bakı. T. Bəhramov adına Respublika stadionu. 800 tamaşaçı.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem (7. Namiq Yusifov, 71), 14. Rəşad Sadıqov (k) (55. Bədavi Hüseynov, 76), 15. Emeka Opara (11. Branimir Subaşiç, 71), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Qurban Qurbanov.
BAKI: 1. Kamran Ağayev (k), 25. Şəhriyar Əliyev, 3. Denis İvanov, 5. Aqil Nəbiyev, 27. George Popxadze, 10. Lukas Mario Horvat, 22. Risto Ristoviç (88. Cavid Hüseynov, 46), 99. Rəhman Hacıyev (11. Elvin Məmmədov, 63), 38. Namiq Ələsgərov, 17. Mario Rubio (24. Marius Pena, 75), 23. Rauf Əliyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 98. Vadim Abdullayev, 15. Mahir Mədətov, 2. Edemir Rodriqes.
Baş məşqçi: Bojidar Bandoviç.
 
SİMURQ – İNTER - 1:0 (1:0)
Qol: Zdravko Popoviç, 39-pen (1:0)
Sarı vərəqələr: İlkin Qırtımov, 82 (hakimin qərarına etiraz) - Brüs Abdulay, 54 (qeyri-idman hərəkəti); Vladimir Levin, 56 (qeyri-idman hərəkəti); 74 (qeyri-idman hərəkəti); Samir Zərgərov, 71 (simulyasiya).
Qırmızı vərəqələr: Nicat Qurbanov, 54 (rəqibi bilərəkdən ayaqla vurduğuna görə) - Vladimir Levin, 74.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
14 may 2013. Zaqatala. Şəhər stadionu.
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Oliveyra, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç, 20. Rəşad Eyyubov (21. Murad Səttarlı, 85), 19. Nicat Qurbanov, 25. Mario Bojiç, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 8. Qərib İbrahimov, 9. Marçin Burxard, 12. Tomislav Buşiç, 14. Asif Mirili, 27. Bəxtiyar Soltanov.
Məşqçi: İqor Getman.
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevki (91. Leonardo Roşa, 80), 6. Samir Zərgərov, 11. Asif Məmmədov (9. Daniel Genov, 63), 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 20. Brus Abdullay, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze (30. Yuri Fomenko, 46), 87. İlqar Ələkbərov.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 13. Mirsahib Abbasov, 29. Azər Salahlı, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
QƏBƏLƏ – NEFTÇİ - 1:1 (0:1)
Qol: R.Sadiqov, 13 (0:1), Yannik Kamanan, 72 (1:1).
İstifadə olunmamış penalti: Lourival Assis, 32.
Sarı vərəqələr: Şəhriyar Xəlilov, 62 (simulyasiya); Omar Kalaban, 86 (qeyri-idman hərəkəti) - Emin Mehdiyev, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor:  Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
14 may 2013. Qəbələ. Şəhər stadionu. 2000 tamaşaçı.
QƏBƏLƏ: 25. Dieqo Kosta, 6. Nikola Valentiç, 10. Dodo, 14. Mustafa Dabo (19. Rövşən Əmiraslanov, 79), 15. Omar Kalaban, 21. Elmar Baxşiyev (k), 22. Rodriqes Assis (23. Şəhriyar Xəlilov, 57), 34. Ürfan Abbasov, 35. Tərzin Cahangirov, 37. Kamal Mirzəyev (11. Yannik Kamanan, 70), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Luka Zinko, 8. Kristian Pulhak, 39. Sadiq Quliyev.
Məşqçi: Luis Araqon.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev (28. Emin Mehdiyev, 77), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə (4. Tərlan Quliyev, 46).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
1 Neftçi 31 19 5 7 59 31 +28 62
2 Qarabağ 31 16 10 5 43 26 +17 58
3 İnter 31 15 9 7 37 22 +15 54
4 Simurq 31 12 11 8 32 26 +6 47
5 Bakı 31 8 14 9 32 27 +5 38
6 Qəbələ 31 10 8 13 32 39 –7 38
 
1 AZAL 31 15 9 7 53 32 +21 54
2 XL 31 10 10 11 39 35 +4 40
3 Rəvan 31 11 4 16 44 53 –9 37
4 Sumqayıt 31 9 8 14 30 47 –17 35
5 Turan 31 7 6 18 32 58 –26 27
6 Kəpəz 31 5 4 22 23 58 –35 19
 
Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
21 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
12 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter), Julius Vobay (Neftçi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.