14 may 2013 12:23
“Bizim Nikolas Kanales kimi hücumçumuz olsaydı, çempion olardıq”
“İnter”in müdafiəçisi Ruslan Əmircanovun azerisport.az saytına müsahibəsi
- Cari mövsümü “İnter” üçün necə qiymətləndirirsiz?
- Demək olar ki, normal çıxış etdik. Avropa Liqasına vəsiqə qazanmağımız heç də pis nəticə deyil. Əlbəttə, Avropada daha uğurlu çıxış etmək üçün güclənməyimiz lazımdı. Amma məşqçilər korpusu bunu məndən daha yaxşı bilir.

- Komandanın Avroliqadakı perspektivini necə görürsüz?
- Mövsüm başa çatandan sonra yekun toplantı olacaq. Avrokuboklardakı hədəflər haqda yalnız ondan sonra danışmaq olar. Yəqin ki, heyət gücləndirələcək. Daha təcrübəli legionerlər gətiriləcək.

- Razısız ki, “İnter”in hücum xəttində problemlər var?
- Əgər komanda az qol vurursa, bu, hücumda problemlərin olmasından xəbər vermir. Komandanın oyunu alınmırsa, bunda hamı günahkardı, təkcə hücumçular yox. Axı yarımmüdafiəçilər də qol vura bilərlər. Problemlərimizi məşqçilərimiz məndən daha yaxşı bilirlər.

- Baş məşqçiniz bəyan edib ki, bu heyətlə çempion ola bilməzdiniz...
- Bu sözləri mən də eşitmişəm. Mümkündü ki, müəyyən problemlərimiz var. Amma bütövlükdə “İnter”in heyəti yaxşıdı. Ən böyük problemimiz isə onda oldu ki, “Qarabağ”la “Neftçi”yə qalib gələ bilmədik.
- “İnter”də Nikolas Kanales kimi hücumçu olsaydı, nəticələriniz fərqli ola bilərdi?
- Kanales ümidləri doğrultdu. Əgər bizdə elə hücumçu olsaydı, çempion olardıq. O, “İnter”də hər tur qol vurardı.

- “Neftçi”ni çempionluq münasibəti ilə təbrik etmək olar?
- Hətta balaca uşaq da bilir ki, “Neftçi” artıq bu cür şansı əldən verməz. Əgər bu komanda çempion olmasa, bu, ən böyük sensasiya sayılacaq.
- Sizin üçün çempionatda ikinci yeri tutmağın prinsipial fərqi var?
- Biz artıq Avroliqaya vəsiqəni təmin etmişik. Amma bu, bizi arxayınlaşdırmamalıdı. İkinci olmaq, “Qarabağ”ı qabaqlamaq istəyirik.