15 may 2013 00:25
“Müdafiədə bərbar çıxış etdik”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 31-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:5 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İkinci altılığın ən mobil, ən yaxşı komandasına qarşı mübarizə apardıq. Müdafiədə fərdi səhvlər çox oldu. Demək olar, arxa xətdə bərbad çıxış etdik. Son turda Lənkərandakı matçda ardıcıl məğlubiyyətləri unutdurmağa çalışacağıq”.
