15 may 2013 00:36
“Real futboldan uzaq oyun izlədik”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 31-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 5:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox maraqlı oyun alındı. Azarkeşlər baxımlı matça tamaşa etdi. Çox şən, azarkeşlərin xoşuna gələn, amma məncə, real futboldan uzaq oyun izlədik. Son oyunda da meydana qələbə üçün çıxacağıq. Daha sonra isə çempionatı təhlil edib, lazımı nəticələr çıxaracaq, zəruri addımları atacağıq”.
