16 may 2013 01:35
Avropa Liqasını Chelsea qazandı (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasının 2012/13-cü il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, final görüşündə İngiltərənin “Chelsea” və Portuqaliyanın “Benfica” komandaları üz-üzə gəlib.
Hollandiyanın "Amsterdam Arena" stadionunda keçirilən görüşün ilk yarısı qolsuz başa çatıb. Amma 60-cı dəqiqədə ingilislər hesabı açıblar. Portuqaliya təmsilçisi az sonra hesabı bərabərləşdirsə də, son anda qələbə qolunu vuran "Chelsea" Avroliqanın qalibi adını qazanıb.
UEFA Avropa Liqası
Final
15 may
Chelsea – Benfica - 2:1 (0:0)
Qollar: Torres, 60, İvanoviç, 90 - Kardoso, 68-pen.
