15 may 2013 01:23
Yığmamızın rəqibinin heyətinə 32 futbolçu dəvət olundu
Futbol üzrə Rusiya yığmasının italiyalı baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə matça hazırlıq məşqlərinə çağırılacaq oyunçuların geniş siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, sözügedən görüş iyunun 7-də Lissabondakı “Eştadiu da Luş” stadionunda keçiriləcək.
Rusiya Futbol İttifaqının mətbuat xidmətindən bildiriblər ki, hazırda siyahıda 32 futbolçunun adı var. Heyətin son tərkibi daha sonra açıqlanacaq.
Qapıçılar: İqor Akinfeyev (CSKA), Vladimir Qabulov (Anji), Sergey Rıjikov (Rubin), Anton Şunin (Dinamo, Moskva);
Müdafiəçilər: Aleksandr Anyukov (Zenit), Maksim Belyayev (Rostov), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kiril Nababkin, Georgi Şennikov (hamısı CSKA), Taras Burlak (Lokomotiv), Vladimir Qranat (Dinamo, Moskva), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi “Spartak”, Moskva), Arseni Loqaşov (Anji);
Yarımmüdafiəçilər: İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı “Zenit”), Denis Qluşakov, Maksim Qriqoryev, Dmitri Tarasov (hamısı “Lokomotiv”), Aleksandr Ryazantsev (Rubin);
Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi “Zenit”), Alan Dzaqoyev (CSKA), Artyom Dzyuba (Spartak, Moskva), Yuri Jirkov, Fyodor Smolov, Oleq Şatov (hamısı “Anji”), Aleksandr Kokorin (Dinamo, Moskva), Aleksandr Səmədov (Lokomotiv).
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsinin dörd matçının hamısında qalib gəlib və 12 xalla öz qrupunda birinci yeri tutur. İkinci və üçüncü yerləri altı görüşdə hərəyə 11 xal toplamış İsrail və Portuqaliya yığmaları bölüşürlər. Xatırladaq ki, Rusiya yığması qrup turnirində Azərbaycanın rəqibidi.
