14 may 2013 14:14
Ruslan Abışov: Rusiyanın ən çətin oyunu Azərbaycanla olacaq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov formasını geydiyi Rusiyanın “Rubin” klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Bakıda anadan olmuşam. Böyük qardaşlarımla birgə yerli idman məktəbində məşq edirdim. Amma böyük futbolda hazırda yalnız mənəm.
- “Neftçi”nin əsas heyətinə necə düşdün?
- Öncə gücümü Türkiyədə sınadım. “Neftçi”nin futbol məktəbinə məni qardaşım apardı. Hücumlara qoşulan sol cinah müdafiəçisi kimi oynamağa başladım. Hücumlara tez-tez qoşulurdum, sol ayağımla topla yaxşı davranırdım. Sonralar məni müdafiənin mərkəzində oynatmağa başladılar. İndi isə mənim üçün ən sevimli mövqe dayaq yarımmüdafiəçisidi. Uşaqlıqdan “Neftçi”nin canlı əfsanələrinin oyunu izləmək, onlarla söhbətləşmək imkanım olub.

- Türkiyədən qayıtmağınıza nə səbəb oldu?
- Bir neçə ay hazırda Türkiyənin Birinci Liqasında çıxış edən “Denizlispor”da oldum. Amma onlarda gənc futbolçuların yerli vətədanşlığı olmalıdı. Məhz bu üzdən vətənə dönməli oldum. 14 yaşımda qərar verdim ki, futbol mənim həyatımda əsas yeri tutacaq. 17 yaşımda “Neftçi”nin gənclərdən ibarət komandasında oynamağa başladım. 18 yaşımdan etibarən isə əsas komandaya düşməyə başladım.

- Məhz bu klubda gənc yaşlarından çempionluğun da dadını hiss etmisən...
- Bəli, “Neftçi”nin heyətində iki dəfə Azərbaycan çempionu oldum. Amma ona qədər komandada çoxlu dəyişikliklər baş verirdi. Təsəvvür edin ki, həmin illərdə mən doqquz baş məşqçinin rəhbərliyi altında oynadım! Sonda kluba yeni prezident və baş məşqçi gəldi, işlər yoluna düşdü. Üç il ərzində iki titul qazandıq.
- Keçirdiyin oyunlardan hansı daha çox yadında qalıb?
- Çempionlar Liqasının təsnifat mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirdiyimiz oyun maraqlı oldu. Təəssüf ki, biz o zaman növbəti mərhələyə adlaya bilmədik. Amma ən böyük zərbə Azərbaycan Kubokunun finalındakı məğlubiyyətimiz olub. Həmin uğursuzluq hələ də yadımdan çıxmayıb.

- “Neftçi”dən ayrılmağınıza, daha sonra isə Rusiyaya üz tutmağınıza məhz həmin uğursuzluq səbəb olmadı ki?
- “Neftçi”dən “Xəzər Lənkəran”a keçdim. Çünki bu klub da iddialı idi və məşq prosesi üçün əla şəraiti vardı. Amma uşaq yaşlarımdan Rusiya çempionatını çox izləyirdim və arzulayırdım ki, burda oynayım. Mən hələ ötən yay “Rubin”lə birgə təlim-məşq toplanışında olmuşdu. Amma o zaman “Xəzər Lənkəran” məni buraxmaq istəmədi. Kazana yollanmağıma qadağa qoydular. Bu, mənim üçün ikiqat üzücü oldu. Çünki Avropa Liqasında “Rubin”lə “Neftçi” eyni qrupda yer almışdılar. Keçmiş klubuma qarşı oynaya bilərdim. Amma həmin oyunları televizordan izləməli oldum.

- Amma bu il nəhayət ki, uşaqlıq arzun gerçək oldu və Rusiya çempionatında oyuna çıxdın...
- “Amkar”la oyun ağır keçdi. Oyunun əvvəlini yaxşı keçirdik. Qələbəyə yaxın idik. Sonda isə hər şey istədiyimiz kimi getmədi. Mənim üçün də yaxşı debüt alındığını deməzdim. Amma ümid edirəm ki, bundan sonra “Rubin”ə daha çox fayda verəcəm.
- Kazan xoşunuza gəlir?
- Şəhər çox xoşuma gəlir. Düzdü, hazırda tikinti ilə əlaqədar bir qədər tıxaclar çoxdu. Amma bu işlər yekunlaşandan sonra Kazan çox sakit şəhər olacaq. Ümumiyyətlə, Tatarıstanın paytaxtı idmançıların yaşaması üçün rahatdı.

- DÇ-2014-ün seçmə mərhələsində Rusiya və Azərbaycan yığmaları eyni qrupda yer alır...
- Bizim qrup çox güclüdü və Rusiya yığması hazırda əsas favoritdi. Komandanızın ən çətin oyunu Azərbaycanla olacaq. Əgər xatırlayırsızsa, iki il əvvəl Bakıda keçirilən oyunda 1:1 hesabı qeydə alınmışdı.