14 may 2013 14:27
Barcelona, Beşiktaş və Porto Azərbaycana gəlir (VİDEO)
Məlum olduğu kimi, “Qəbələ” Futbol Klubu II Qəbələ Kubokunu keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək turnir 28 may–4 iyun tarixlərində Qəbələdə baş tutacaq. Avropanın öndə gedən klublarının iştirakı ilə reallaşacaq II Qəbələ Kubokuna aid videoroliki təqdim edirik.
