14 may 2013 14:56
Samir Abasov Toşakdan üzr istədi
Topaz Premyer Liqasının 31-ci turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçı zamanı xoşagəlməz münaqişə yaşanıb. Azerisport.az xəbər verir ki, oyunun gedişində görüşün baş hakimi cənubluların xeyrinə fit çalarkən bu epizod “Sumqayıt”ın kapitanı Samir Abasovu özündən çıxarıb.
O, bu üzdən hakimə etirazını bildirməyə başlayıb. Həmin anda qonaqların çalışdırıcısı Con Toşak Abasova yaxınlaşsa da, futbolçu ona da sərt şəkildə cavab verib. Lakin uelsli mütəxəssis onunla söz mübahisəsinə girməyib və yerinə qayıdıb.
Əldə etdiyimiz məlumata görə, Abasov oyundan sonra bu hərəkətinə görə Con Toşakdan üzr istəyib.
