14 may 2013 15:03
Baku United İngiltərənin dörd ən güclüsü arasında yer aldı
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatının təsisçisi olduğu “Baku United” futzal klubu İngiltərənin Milli Futzal Liqasının “Dördlər finalı”na vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, “Baku United” komandası çempionatın play-off mərhələsi çərçivəsində D qrupunda son oyununu keçirib.
Bu dəfə komandamızın rəqibi “Lids” kollektivi olub. Oyun komandamızın üstünlüyü şəraitində keçib və “Baku United” rəqibini 16:0 hesabı ilə məğlub edib.
Beləliklə, “Baku United” İngiltərənin dörd ən yaxşı futzal klubları siyahısına daxil olub. “Dördlər finalı”nda komandamızın rəqibləri “Şefild”, “Helvecia” və “London United” kollektivləri olacaqlar.
