14 may 2013 15:22
AFFA AÇ-2016 üçün yeni komanda formalaşdırır
UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycanda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək Azərbaycan U-17 yığmasının heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunub və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləyiblər.
Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib. Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dək 19-dək seleksiya prosesində seçilmiş futbolçular üçün düşərgə təşkil olunacaq.
