14 may 2013 15:40
Azarkeşlər də Neftçinin Qəbələdə çempion olacağına inanır
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 31-ci turunun “Qəbələ” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Respondentlərin böyük əksəriyyəti belə düşünür ki, bu görüşdə “Neftçi” qələbə qazanacaq. Bu varianta 183səs (62 faiz) verilib. 27 faiz (79 səs) “Qəbələ”nin qalib gələcəyini proqnozlaşdırır. Heç-heçə olmasını isə daha az proqnozlaşdıranlar var.
